Sahibkarlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər




Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə aprelin 25-i hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, sonra sahibkarlar Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüb, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [20:02]
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib
- 12.05.2025 [19:32]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 12.05.2025 [19:20]
Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
- 12.05.2025 [18:29]
Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO
- 12.05.2025 [18:28]
İnsan psixologiyasına “süni” toxunuş VİDEO
- 12.05.2025 [18:17]
Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı
- 12.05.2025 [18:11]