SAHİBKARLIĞIN İNKİŞAFI YENİ İSTEHSAL SAHƏLƏRİNİN YARADILMASINA KÖMƏK GÖSTƏRİR
Azərbaycan Prezidenti Heydər Əliyevin kiçik və orta sahibkarlığa kömək göstərilməsi ilə bağlı məlum fərmanları Ağdam rayonunda da özəl bölmənin inkişafına güclü təkan vermişdir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son vaxtlar sahibkarlığa geniş meydan verilməsi, özəl bölmənin inkişafına mane olan problemlərin aradan qaldırılması Ağdamda şəffaf sahibkarlıq mühitinin yaranmasına səbəb olmuşdur. Hazırda Ağdamda müxtəlif sahələr üzrə 646 sahibkar fəaliyyət göstərir. Onların 249-u hüquqi, 397-si isə fiziki şəxsdir. Sahibkarların hamısı vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Rayonun ticarət və xidmət sahələri bütünlüklə özəl bölmədə fəaliyyət göstərir. Sahibkarlığın inkişafı ötən ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalını 5,9 faiz, sənaye məhsulunun həcmini 2,1 dəfə, tikintinin həcmini 13 dəfə, nəqliyyat xidmətini 4,4 faiz artırmağa imkan vermişdir.
Yeni istehsal sahələrinin yaradılması rayonda işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]