İQTİSADİYYAT
“Sahil” günəş elektrik stansiyasında 7 min 706 günəş paneli quraşdırılıb
Bakı, 30 yanvar, AZƏRTAC
“Sahil” günəş elektrik stansiyasında (GES) 7 min 706 günəş paneli quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, 2017-ci ildə tipik layihələrin icrası çərçivəsində həyata keçirilən 2,8 meqavatlıq “Sahil” günəş elektrik stansiyasında tikinti-quraşdırma işləri davam etdirilib. Stansiyada ümumi gücü 1,93 meqavat olan 7 min 706 ədəd günəş paneli quraşdırılıb və onlardan 5 min 760-ı şəbəkəyə qoşulub. Stansiyanın mövcud gücünün tam olaraq şəbəkəyə qoşulması üçün 25 ədəd invertor tələb olunur.