“ŞAHİN” HƏRBİ-İDMAN OYUNLARININ ZONA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, respublika Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının və Respublika Veteranlar Şurasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq İsmayıllıda “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilmişdir. Tədbirdə Ağdaş, Ağsu, Qobustan, Şamaxı, Xaçmaz, Kürdəmir, Göyçay, Ucar, Zərdab və Beyləqan rayonlarının məktəbli komandaları iştirak etmişlər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Zərdab rayonunun komandası birinci, ağsulu yeniyetmələr ikinci, Ucar komandası üçüncü yerləri tutmuşlar. Birinci və ikinci yerləri tutan komandalar mayda keçiriləcək respublika birinciliyinə vəsiqə qazanmışlar.
Qalib komandalara və fərqlənən idmançılara respublika Gənclər və İdman Nazirliyinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin diplomları, İsmayıllı Gənclər və İdman İdarəsinin qiymətli hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]