ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINDA İKİNCİ TURUN OYUNLARI KEÇİRİLMİŞDİR
Bakı, 10 mart (AZƏRTAC). Sankt-Peterburqda şahmat üzrə qadınlar arasında Avropa çempionatı keçirilir. İkinci turda Azərbaycan şahmatçıları Türkan Məmmədyarova və Xəyalə Abdulla görüşmüşlər. Oyun Xəyalənin qələbəsi ilə başa çatmışdır. Həmyerlilərimizdən Nərgiz Umudova Rusiya təmsilçisi Lana Abuladzeni məğlub etmişdir. Gülnar Məmmədova rusiyalı Anastasiya Della-Rosa ilə, Nərmin Kazımova isə Yekaterina Xoxlovayla (Rusiya) xalları yarı bölmüşlər.
3-cü turda Nərgiz Umudova Monika Galzetta ilə (İspaniya), Xəyalə Abdulla Yelizaveta Borisova ilə(Rusiya), Gülnar Məmmədova Yekaterina Nikanova ilə(Belarussiya), Nərmin Kazımova Arina Kiselyova ilə (Rusiya), Türkan Məmmədyarova isə Lana Abuladze ilə (Rusiya) qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]