Şahmatçılarımız Avropa çempionatında Almaniya və Gürcüstan komandaları ilə qarşılaşacaqlar
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Sloveniyada şahmat üzrə komandalar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamız Almaniya yığması ilə mübarizə aparacaq. Qadın şahmatçılarımız isə turnir cədvəlinin reytinq favoritlərindən olan Gürcüstan komandası ilə qarşılaşacaqlar.
Qeyd edək ki, həm kişi, həm də qadın şahmatçılarımız hər iki oyunda rəqiblərinə qalib gələrək liderlər qrupunda yer alıblar.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır.
Çempionata noyabrın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]