SALYAN RAYONUNDA TORPAQ MÜLKİYYƏTÇİLƏRİ PAMBIQ YIĞIMINA BAŞLAMIŞLAR
Salyan, 4 sentyabr (AZƏRTAC). Salyan rayonunda cari ilin məhsulu üçün 780 hektar sahədə pambıq yetişdirilmişdir.
Əsas emal müəssisələri olan "Salyan Pambıq" Açıq Səhmdar və "CTS Aqro" Məhdud Məsuliyyətli cəmiyyətləri fermerlərlə bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq, becərmə dövründə olduğu kimi, pambığın itkisiz və vaxtında toplanıb tədarük edilməsində də təminatçı funksiyasını yerinə yetirirlər. Artıq istehsalçıların ixtiyarına kifayət qədər zəruri texnika və yığım vasitələri verilmişdir.
Qısa müddətdə 40 tona yaxın pambıq yığılmışdır.
Bu mövsümdə məhsulun əsasən maşınlarla yığılmasına üstünlük verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]