“SAMARADAKI AZƏRBAYCANLILARIN LİQASI”NIN 5 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Samara şəhərində fəaliyyət göstərən “Samaradakı Azərbaycanlıların Liqası”nın 5 illik yubileyi qeyd olunmuşdur.
Mərasimdə Samara vilayəti və Samara şəhərinin yerli icra orqanlarının nümayəndələri, digər xalqların diaspor təşkilatlarının rəhbərləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər.
“Samaradakı Azərbaycanlıların Liqası”nın sədri Şirvan Kərimov vilayətin başçısı və şəhərin meri adından fəxri fərmanla təltif olunmuşdur.
Sonra konsert olmuşdur. Konsertdə Bakıdan dəvət olunmuş skripka ifaçısı Ceyhun İsmayılovun, müğənnilər Xuraman Ələsgərovanın, Azər Qafarovun və “Bakı” rəqs ansamblının çıxışları maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]