Şamaxıda yük maşını aşıb, 1 nəfər ölüb
Şamaxı, 20 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 38 yaşlı Eldar Kərimov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.