Samuxda taxıl zəmilərində məhsuldarlıq 38 sentner təşkil edir
Samux, 30 iyun, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda taxıl biçini uğurla aparılır. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2021-ci ilin məhsulu üçün 10293,9 hektar sahədə taxıl becərilib. Bunun 5925,5 hektarı əhali təsərrüfatlarının, 4368,4 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
İyun ayının sonuna qədər rayonda 8386,2 hektar sahədə taxıl biçini həyata keçirilib, 31961,1 ton məhsul yığılıb. İstehsal olunan taxılın 16350,8 tonu buğda, 15610,3 tonu isə arpadır. Məhsuldarlıq hər hektardan 38,1 sentner olub.
Qeyd edək ki, taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]