Sankt-Peterburqda MDB Parlament Assambleyasının iclasları keçiriləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Şura toplantısı, plenar sessiyası, sosial siyasət və insan hüquqları, iqtisadiyyat və maliyyə, hüquqi məsələlər, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclasları keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model qanunlar müzakirə ediləcək.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iclaslarda iştirak etmək üçün noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq.
Nümayəndə heyətinə deputatlardan Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]