Şaxtalı hava ağaclardakı ziyanvericiləri məhv edib
Bakı, 12 yanvar, AZƏRTAC
Son günlər ölkədə müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərib. Mənfi temperatur ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdlərini məhv edib, xəstəliktörədici göbələklərin inkişaf və artımını aşağı salıb.
Bunu AZƏRTAC-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
O qeyd edib ki, havaların quraq keçdiyi dövrlərdə bəzi rayonlarda gəmiricilərin və zərərverici həşəratların say dinamikasının artdığı müşahidə olunurdu, xüsusən də zəifləmiş şam ağacları zərərverici həşəratlara və qabıqyeyən böcəklərə qarşı davam gətirə bilmirdi.
“Son günlər yağıntıların bol olması torpaqda rütubətliliyi artırıb, şaxtalı hava ziyanvericiləri məhv edib, nəticədə ağaclar öz bioloji prosesslərini normal davam etdirə bilir”, - deyə Vahid Fərzəliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]