Səbail rayonunda aparılan dezinfeksiya işləri daha da intensivləşdirilir
Bakı, 24 mart, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində yerləşən küçə və prospektlərdə, yeraltı keçidlərdə, inzibati və yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir. Bu işlər gündəlik olaraq həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə icra hakimiyyətinin məlumatında bildirilir.
Məlumatda, eyni zamanda, rayon sakinlərinə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmaq, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinmək tövsiyə edilir.