Seçmə mərhələ: Azərbaycan millisinin Fransa və Rumıniya ilə oyunlarının hakimləri bəlli olub
Bakı, 24 sentyabr, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, 9-cu qrupda yer alan U-17 Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
“Burrye” stadionu, Kapbreton
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Qillaume Paradis (Fransa)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks
14 oktyabr
17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Qillaume Paradis (Fransa)
“Burrye” stadionu, Kapbreton.