Səfər Mehdiyev DGK-nın saytındakı yeni bölmənin yaradılmasının səbəbini açıqlayıb
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev DGK-nın saytındakı yeni bölmənin yaradılmasının səbəbini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev özünün tviterdəki hesabında yazıb.
“e.customs.gov.az” portalında “Açıq məlumatlar” bölməsi yaradılıb. Bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nın elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir”, - deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.