Səfir: Azərbaycan-Özbəkistan əlaqələrini dərinləşdirmək üçün səylərimizi birləşdirməliyik
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasındakı ikitərəfli əlaqələr və əməkdaşlıq yüksək səviyyədədir. Bunu hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri də sübut edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev avqustun 8-də Bakıda keçirilən “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda tədbirdə deyib.
Ölkələrimizin tarixi köklərlə bir-birinə bağlı olduğunu qeyd edən diplomat son illərdə bu əlaqələrin dərinləşməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Özbəkistan gənclərinin səfirliyə gələrək azərbaycanlı qardaşlarının yanında olmaq istəklərini ifadə etmələri onu çox təsirləndirib. Bildirib ki, bu amil Azərbaycan və özbək xalqlarının bir-birinə yaxınlığının təcəssümüdür.
Hüseyn Quliyev vurğulayıb ki, ölkələrimiz arasında bütün sferalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirməli, mövcud problemlərin həlli üçün bütün səylərimizi birləşdirməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]