Səfir Cavad Cahangirzadə: İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib
Tehran, 3 may, AZƏRTAC
İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və suverenliyinə hörmətlə yanaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuata açıqlamasında deyib.
Səfir bildirib ki, bu gün İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Birgə iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verir. İki qonşu və dost dövlət arasındakı əlaqələr qarşılıqlı etimada əsaslanır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran