Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabe olması demokratiya üçün təhlükəlidir

Səfir: Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabe olması demokratiya üçün təhlükəlidir

Bakı, 14 iyun, AZƏRTAC

Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın iyunun 13-də Fransanın “Le Figaro” qəzetində “Respublikaçı” deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubunda yer alıb.

“Le Figaro” 2023-cü il iyunun 12-də saat 20:20-də öz internet səhifəsində və qəzetinin 13 iyun 2023-cü il tarixli buraxılışında, 170-dən çox “Respublikaçı” deputatın imzaladığı “Dağlıq Qarabağa dəstək üçün sağçı Respublikaçıların müraciəti” adlı məqalə dərc edib.

Bu yazıda səfir kimi fəaliyyət göstərdiyim Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.

“Respublikaçı” deputatların başlatdığı “həyəcan siqnalı” yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir.

Fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olması demokratiya və sülh üçün təhlükəlidir. Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər.

Xatırlatmaq istərdim ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Ermənistan tərəfindən misli görünməmiş hərbi təcavüz ilə üzləşmiş, bunun nəticəsində beynəlxalq səviyyədə Azərbaycana məxsus ərazilərinin 20 faizi işğal edilmişdi. Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası, Fransanın da səs verdiyi, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və Ermənistanın işğalçı qüvvələrinin onun suveren ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən çoxsaylı hərbi təxribatlardan sonra 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına uyğun olaraq öz ərazisini və xalqını müdafiə edərək tarixi ədaləti bərpa edib. Ərazilərinin tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən də məhz Azərbaycan olub. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə vicdanla hörmət etməsi və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməsi vacibdir.

Sözügedən məqalədə qeyd olunan Laçın yolu Azərbaycan Respublikasının suveren ərazisinin bir hissəsidir və Laçın rayonu ilə Azərbaycan Respublikasının Xankəndi şəhəri arasında yerləşir. Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın yolu müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulub.

Lakin bu yol Ermənistan tərəfindən qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunub. Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olub.

Məqalədə Azərbaycan tərəfindən Laçın yolunun qondarma “bağlanması”na istinad edilməsi heç də reallığı əks etdirmir. Azərbaycan Respublikası tərəfindən Ermənistanla sərhəddə 7/24 fəaliyyət göstərən və erməni əsilli azərbaycanlı sakinlər tərəfindən istifadə edilən keçid məntəqəsi yaradılıb. KİV-də yayımlanan çoxsaylı video və fotoların da sübut etdiyi kimi hər iki istiqamətdə sərbəst və təhlükəsiz hərəkət Azərbaycan tərəfindən təmin edilir. Bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral tarixli qərarında erməni tərəfinin iddia etdiyi qondarma “bağlanma”ya heç bir istinad edilmir və bu da bu saxta ittihamın heç bir əsası olmadığını sübut edir. Məhkəmənin qərarına əsasən, Azərbaycan Laçın yolu ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək məqsədilə öz milli ərazisində nəzarət-buraxılış məntəqəsi yaradıb.

Bundan əlavə, sağçı “Respublikaçıların” nümayəndələrinin bu çağırışı hətta Ermənistan hökumətinin indiki siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə, xüsusilə 2023-cü il mayın 16-17-də Reykyavikdə keçirilən Avropa Şurasının Zirvə toplantısı zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla bağlı bəyanat verib. Bu mövqe Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən mayın 14-də Brüsseldə keçirilən görüşün yekununda verilən bəyanatda da bir daha təsdiqlənib.

Nəhayət, bu məqaləyə imza atan şəxslər, eyni zamanda, xristian mədəniyyətini dəstəkləməyin vacibliyini qeyd edir. Bu xüsusda, xatırlatmaq istərdik ki, Azərbaycan dünyəvi, çoxkonfessiyalı və multikultural ölkədir. Azərbaycan, müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu tam əmin-amanlıq şəraitində yaşadığı unikal birgə yaşayış modelini təqdim edən ölkədir. Eyni zamanda, Azərbaycan, xüsusilə müxtəlif ölkələrdə, o cümlədən Fransada xristian irsinin qorunub saxlanmasına töhfə vermək kimi dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verməklə bağlı konkret fəaliyyətlərə imza atıb.

Davamlı sülh bütün region xalqlarının, o cümlədən Ermənistan xalqının gələcəyi üçün mütləq zərurətdir və yalnız beynəlxalq hüquqa və götürülmüş öhdəliklərə hörmət bizi bu tarixi məqamda çox yaxın olduğumuz bu məqsədə doğru apara bilər.

Müzakirələrin yanlış qələmə verilərək, mövzudan kənarlaşmasına imkan verməmək, Azərbaycanın davamlı sülh qurmaq istəyinə sizi əmin etmək üçün bu mövzuları şəxsən müzakirə etmək məqsədilə bizimlə görüşməyinizi təklif edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər