Səfir tələbələrə Azərbaycan-İsveç əlaqələrindən danışıb
Stokholm, 17 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində yerli Tələbələr Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Zaur Əhmədov tərəfindən xarici tələbələrə Azərbaycanın xarici siyasət prioritetləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib roldan söz açılıb.
Diplomat Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan-İsveç əlaqələri, Azərbaycandakı tarixi Nobel irsi barədə ətraflı məlumat verib.
Həmçinin noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıq işləri və digər məsələlər haqqında danışılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra Azərbaycanın turizm imkanları, mədəniyyəti və mətbəxi haqda sənədli film nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]