Şəhid Ömər Cəbrayılovun anası ilə onlayn görüş keçirilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan “İdman Könüllüləri” İctimai Birliyi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə şəhid Ömər Cəbrayılovun anası ilə görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, onlayn tədbirdə çıxış edən birliyin sədri Miraqil Seyidzadə görüşün keçirilməsində məqsədin gənclərə vətənpərvərlik ruhunu, xalqa, torpağa bağlılıq hissini aşılamaq, həmçinin Vətən müharibəsi şəhidlərinin gənclər arasında tanıdılması olduğunu vurğulayıb.
Aprel şəhidi Ömər Cəbrayılovanın anası Nüşabə xanım şəhidin keçdiyi həyat yolundan, Vətən sevgisindən danışıb, onunla hər zaman qurur duyduğunu bildirib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, əbədiləşdirilməsinin hər birimizin vətəndaşlıq borcu olduğu ifadə edilib.