Şəhid Rəşad Zeynallının ailəsi ziyarət edilib


Bakı, 19 mart, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid Rəşad Zeynallının ailəsi ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub və qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Şəhid Rəşad Zeynallının ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib. Ailəyə birdəfəlik sığorta ödənişi verilib. Həmçinin şəhid ailəsi aylıq sosial ödənişlə təmin edilib, onun ailə üzvünün məşğulluğuna dəstək də göstərilib.
Nazir müavini şəhidlərin, o cümlədən Rəşad Zeynallının xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Rəşad Zeynallı “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:51]
Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]