Şəhidlər xiyabanı ümumxalq hüzn gününə hazırdır
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi ilə bağlı Şəhidlər xiyabanında hazırlıq, təmizlik işlərinə 10 gün əvvəlcədən başlanmışdır. Bakı şəhərinin mənzil-kommunal təsərrüfat idarələrinin əməkdaşları xiyabanda təmizlik işlərinin aparılmasına cəlb edilmişdir.
Şəhidlər xiyabanının girişində gül kompozisiyası yaradılmışdır. Kompozisiya xalçaçı-rəssam Cavanşir Əliyevin dizaynı əsasında hazırlanmışdır. Bu il Şəhidlər xiyabanında yaradılan kompozisiya bir qədər fərqlidir. Ərazidə ağ və qırmızı qərənfillərdən xalça və yanan şamlar kompozisiyası yaradılmışdır. Bu təsviri yaratmaq üçün minlərlə qərənfildən istifadə olunmuşdur. Xiyabanın bəzədilməsi üçün güllər Bakı kəndlərindən gətirilmişdir.
20 Yanvar faciəsinə saatlar qalmasına baxmayaraq, şəhidlərin xatirəsini yad etmək istəyənlərin kütləvi axını artıq başlamışdır. Yanvarın 20-də xiyabana insan axını çox olacağından müəllimlər, orta məktəblərin şagirdləri bir neçə gün əvvəldən şəhidlərin məzarlarını ziyarət edirlər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]




