Şəhidlərimiz 20 Yanvar tarixini qanları ilə yazdılar
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına minlərlə insan axışır.
Faciə qurbanlarının xatirəsini yad etmək üçün xiyabana gələnlərdən biri də paytaxt sakini, Əmək veteranı Akif Cabbarovdur.
O, AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutdu. Yüzlərlə uşaq, gənc, yaşlı insan yaralanıb, şəhid oldu. 30 il keçməsinə baxmayaraq, Şəhidlər xiyabanına insan axını ildən-ilə artır. Şəhidlərimiz bu tarixi qanları ilə yazdılar. O gündən bura xalqımız üçün müqəddəs and yerinə çevrilib. Mən hər il nəvələrimlə şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm. Nəsillər dəyişsə də, şəhidlərin xatirəsi hər zaman ehtiramla anılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]