Şəhidlərimizin xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Şəhidlərimizin xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır.
Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Nurəddin Qaradağlı AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, iyirmi üç il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi.
N.Qaradağlı vurğulamışdır ki, xalqımız 20 Yanvar faciəsi ilə müstəqillik uğrunda mübarizədə vahid məfkurə ətrafında birləşmiş və böyük əzmkarlıq nümayiş etdirmişdir.
Bu mənada 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu deyən paytaxt sakini Şəhidlər xiyabanına gəlib faciə qurbanlarının əziz xatirəsini yad etməyi özünə borc bildiyini söyləmişdir. Bildirmişdir ki, öz tarixini xatırlamayanların faciələri təkrarlanır. Biz bu cür qanlı hadisələrin Azərbaycan tarixində bir daha təkrarlanmasına heç vaxt yol verməyəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]