Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub
Şəki, 18 mart, AZƏRTAC
Axşam saatlarında Şəkinin Salman Mümtaz küçəsində yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi 67 yaşlı şəhər sakini Şahid Nəsirova məxsus evdə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğından bitişik qonşu evlər mühafizə olunub.
Faktla bağlı araşdırma başlanılıb.