Şəkidə süni örtüklü meydança istifadəyə verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Şəkidə AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydança istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 8 nömrəli məktəbin ərazisində quraşdırılan meydançanın açılış mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və məktəbin direktoru Almaz Əliyeva iştirak ediblər.
Açılış mərasimindən sonra Şəki uşaq komandalarının iştirakı ilə yoldaşlıq oyunu keçirilib.