Səkkiz ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən (AÇG) 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 5 faiz, yəni 1,5 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən sentyabrın 1-dək AÇG-dən 212 milyard kubmetr, “Şahdəniz”dən isə 200,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 141,5 milyard kubmetrə yaxını ixraca nəql edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]