Selin dəmir yollarında yaratdığı fəsadlar aradan qaldırılıb
Bakı, 30 avqust, AZƏRTAC
Gecə selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti operativ şəkildə bərpa edilib.
Azərbaycan Dəmir Yollarından AZƏRTAC-a bildirilib ki, şimal bölgəsinə yağan güclü yağışlar nəticəsində Biləcəri-Yalama sahəsinin Zarat dəmir yolu stansiyası və Giləzi-Zarat mənzilində sel suları ciddi fəsad törədib. Nəticədə infrastruktura ziyan dəyib, qatarların hərəkətində fasilələr yaranıb. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün operativ olaraq əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Fəsadlar qısa zamanda aradan qaldırılıb və yük qatarlarının hərəkət fəaliyyəti bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]