Senator: İtaliya ilə Azərbaycan parlamentləri arasında əlaqələrin möhkəmlənməsi üçün səylərimizi əsirgəməyəcəyik
Roma, 19 aprel, AZƏRTAC
İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibdə formalaşması iki ölkənin parlamentlərinin gələcək əməkdaşlığı çox önəmlidir.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Marko Skurria deyib.
“Parlamentlərarası dostluq qrupunun yeni tərkibdə formalaşması mühüm əhəmiyyət kəsb edir. Çünki iki ölkənin parlamentləri arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurəti var. Dostluq qrupuna sədrlik etdiyim üçün çox xoşbəxtəm. Bugünkü hadisə iki ölkənin parlamentlərinin gələcəyi üçün çox önəmlidir. Azərbaycan parlamentində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədrini və üzvünü dostluq qrupumuzun yeni tərkibinin təqdimatı üçün Romada görmək xoşdur. Mən və həmkarlarım strateji tərəfdaş olan İtaliya ilə Azərbaycan, eləcə də iki ölkənin parlamentləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, dostluq qrupu iki ölkənin xalqları arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək, eləcə də parlamentlərarası dostluğun genişlənməsində çox əhəmiyyətli olacaq”, - deyə senator Marko Skurria bildirib.
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]