Sənaye tullantıları ilə mübarizədə həmrəylik nümayiş etdirilməlidir
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində (İB) ATƏT-in Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti proqramı çərçivəsində “Sumqayıt şəhərində təhlükəli sənaye tullantıları və onlarla mübarizə üsulları sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təhlükəli sənaye tullantıları olan dioksinlər, civə, freonlar, onların insan orqanizminə təsiri və bu təsirlərin azaldılması istiqamətində görülən işlər haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, İB-in ərazisində yığılıb qalmış 100 min tondan çox civəli şlam “Təhlükəli tullantılar” MMC tərəfindən daşınaraq xüsusi poliqonlarda zərərsizləşdirilmişdir. Problemin Sumqayıt üçün aktuallığını vurğulayan tədbir iştirakçıları gələcəkdə sənaye tullantıları ilə mübarizədə həmrəylik nümayiş etdirməyin zəruriliyini diqqətə çatdırmışlar.
Sonda mövzu ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]