SENTYABRIN ÜÇÜNCÜ ONGÜNLÜYÜNDƏ AZƏRBAYCANIN DƏMİR YOLU TƏSƏRRÜFATLARINA BAXIŞ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın üçüncü ongünlüyündə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) magistralının bütün təsərrüfatlarına payız baxışı keçiriləcəkdir.
ADDY-nin mətbuat xidmətindən bildirmişlər ki, idarə rəisinin əmri ilə keçiriləcək baxış zamanı təsərrüfatların vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, stansiyalarda, müəssisələrdə və təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümünə hazırlığı yoxlanılacaqdır.