Şəqr-Qərb magistralının Gürcüstandan keçən Surami dolama yolu istifadəyə verilib
Tbilisi, 16 avqust, AZƏRTAC
Şərq-Qərb beynəlxalq sürətli magistral yolunun Gürcüstandan keçən ən vacib hissəsi olan Surami dolama yolu avqustun 16-dan istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, yolun açılışında iştirak edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze irimiqyaslı mühəndislik layihəsinin – 6,4 kilometr uzunluğunda 11 körpü və 5 tuneldən ibarət avtomobil yolunun ən yüksək beynəlxalq standartlara tam cavab verdiyini bildirib.
“Ötən illərdə biz Rikoti dağ keçidinin ən çətin hissələrini və Batumi dolama yolunu açdıq. Bu gün isə Surami hissəsinin açılışı ilə artıq Tbilisidən Rikoti tunelinədək fasiləsiz sürətli magistral yolu açıldı. Bu, vətəndaşlarımız və qonaqlarımız üçün vaxt itkisinin qarşısının alınması, təhlükəsizliyin artması deməkdir”, – deyə Kobaxidze vurğulayıb. Onun sözlərinə görə, bu, sadəcə, infrastruktur layihəsi deyil, Gürcüstanı Avropa və Asiya ilə birləşdirən Orta Dəhlizin mərkəzinə, ən sürətli və ən təhlükəsiz halqasına çevirmək istiqamətində atılmış növbəti strateji addımdır. Bu, logistika xərclərinin azaldılması, yük dövriyyəsinin artırılması, yeni iş yerlərinin yaradılması və ölkəyə yatırılan investisiyaların artması deməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]