Sərbəst güləş: Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb
Zrenyanin, 11 mart, AZƏRTAC
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.
Müxbir: Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]