Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar, əziz şərurlular!

Mən sizin hamınızı ürəkdən salamlayıram, bu gözəl xəstəxananın

açılışı münasibətilə sizi təbrik edirəm.

Çox şadam ki, Şərurda belə gözəl səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Mən xəstəxana ilə indi tanış oldum, gördüm ki, sözün əsl mənasında, bütün dünyada mövcud olan yüksək standartlara cavab verən bir tibb ocağıdır. Burada insanlar yaxşı tibbi xidmət alacaq, müalicə olunacaq, müayinədən keçəcəklər. Burada ən gözəl, ən müasir tibbi avadanlıq quraşdırılıbdır. Bir sözlə, bu xəstəxana ən yüksək dünya standartlarına cavab verir. Bizim də məqsədimiz məhz bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün müəssisələr, bütün infrastruktur obyektləri, sosial infrastruktur obyektləri ən yüksək səviyyədə olsun və biz buna nail oluruq.

Azərbaycanda son illər ərzində çox geniş quruculuq-abadlıq işləri aparılır. Yeni fabriklər, zavodlar, məktəblər, ali məktəblər, xəstəxanalar, poliklinikalar tikilir. Ölkəmizin bütün şəhər və rayonlarında bu inkişaf göz qabağındadır. Bunun əsas səbəbi ondan ibarətdir ki, 1990-cı illərin ortalarında başlanmış və bu gün uğurla davam etdirilən iqtisadi islahatlar Azərbaycana bu şəraiti yaradıbdır. Ulu öndər Heydər Əliyevin siyasi baxışları, siyasi xətti, onun tərəfindən qəbul edilmiş qərarlar, verilmiş sərəncamlar,

aparılan çox köklü iqtisadi islahatlar bu gün ölkəmizin hərtərəfli inkişafı üçün gözəl əsas yaradır. Bu möhkəm təməl üzərində biz ölkəmizi daha da inkişaf etdirir, qarşımızda duran bütün məsələləri həll edirik. İqtisadi islahatlar davam etdirilir, regional inkişaf proqramının birinci mərhələsi başa çatır və indidən demək olar ki, nəzərdə tutulmuş əksər məsələlər artıq həll edilmişdir. Nəzərə alsaq ki, proqramın başa çatmasına hələ bir il vaxt var, deyə bilərik ki, onun bütün əsas müddəaları həyatda öz əksini tapacaqdır. Beləliklə, Azərbaycanın regionları inkişaf edəcək, ölkəmizdə qeyri-neft sektoru inkişaf edəcək, iqtisadiyyatımız çoxşaxəli olacaq, neft-qaz amilindən asılı olmayacaq və sosial infrastruktur da yeniləşəcəkdir. Azərbaycanda son illərdə gedən bütün işləri Naxçıvanın timsalında görmək olar. Biz bunu görürük.

Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Mən hər il Naxçıvana gəlirəm, keçən ilin dekabr ayında olmuşam və bu qısa müddət ərzində burada çox böyük dəyişikliklər görürəm. Bəlkə də, siz, burada yaşayanlar bunu görmürsünüz. Amma mən 10 ay bundan əvvəl burada idim və bu gün Naxçıvanda bir neçə tədbirdə iştirak etmişəm. Naxçıvan Dövlət Universitetinin yeni korpusunun açılışında, yeni məktəbin açılışında bu yaxınlarda Şahtaxtı kəndində tikilmiş məktəbdə olmuşam. Şəhərdə gedən quruculuq-abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri - bütün bunlar məni çox sevindirir. Bütün bunlar göstərir ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verirlər.

Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir.

Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin və biz bunu görürük. Xüsusilə Naxçıvanın inkişafına böyük diqqət göstərilir. Çünki uzun illər ərzində, 20 ilə yaxındır Naxçıvan blokada şəraitində yaşayır. Nəzərə alsaq ki, iqlim də çox sərtdir, bu ağır şəraitdə burada görülən işlər doğrudan da təqdirəlayiqdir. Mən hər dəfə burada yenilikləri, inkişafı görəndə çox sevinirəm. Çox şad oluram ki, Naxçıvanda işlər yaxşı gedir və muxtar respublika iqtisadi göstəricilərinə görə də qabaqcıl yerdədir. Naxçıvanda ümumi daxili məhsulun artımı bütövlükdə ölkədəki artımla eynidir, iqtisadiyyat təxminən 30 faiz artır. Əhalinin pul gəlirləri artır, yeni iş yerləri açılır, zavodlar, fabriklər, məktəblər tikilir, xəstəxanalar tikilir.

Mənə bu gün Vasif Talıbov məlumat verdi ki, hər bir rayon mərkəzində belə gözəl xəstəxanalar tikiləcəkdir. Bu onu göstərir ki, Naxçıvanın sosial infrastrukturu qısa müddət ərzində dünyanın ən yüksək standartlarına cavab verəcəkdir və biz bunu istəyirik. Biz istəyirik ki, dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun. Hər bir kənddə, yaşayış məntəqəsində, qəsəbədə onun əhalisinin sayından asılı olmayaraq, gözəl məktəb, tibb ocağı, sosial infrastruktur, iş yerləri, yollar olsun. Bütün bunlar insanın həyatını təmin edir. Naxçıvanın bütövlükdə infrastruktur layihələri də çox böyük əhəmiyyət kəsb edir.

Bu gün biz Şahtaxtıda yeni körpünün açılşında iştirak etmişik. O körpünün də çox böyük əhəmiyyəti var, insanların gəliş-gedişini asanlaşdıracaqdır. Bir müddət bundan əvvəl Naxçıvanda tikilmiş yeni modul elektrik stansiyası, demək olar, respublikanın elektrik enerjisinə olan tələbatını nəinki ödəyir, hətta əlavə imkanlar yaradır ki, gələcəkdə Naxçıvan elektrik enerjisini ixrac edə bilsin. Görün, biz nəyə nail olmuşuq. Vaxtilə qaranlıqda yaşayan Naxçıvan elektrik enerjisini ixrac edə biləcək, biz buna nail olacağıq.

İrandan çəkilən qaz kəməri Naxçıvanın qazlaşdırılmasını da sürətləndirir. Vaxtilə, 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın təxminən hər bir rayonu qazlaşdırılmışdı. Amma sonra Naxçıvana qazın verilməsi kəsilmişdi və 13 ildən sonra biz bunu bərpa edə bildik. İndi biz İranla mübadilə yolu ilə Naxçıvanı qazla təmin edirik. Eyni zamanda, Azərbaycan tərəfindən Astarada böyük qaz-kompressor stansiyası tikilibdir ki, biz İrana eyni həcmdə qaz nəql edək. Beləliklə, artıq Naxçıvanın əhalisinin böyük hissəsi təbii qaz alır. Ancaq bu, hələ birinci mərhələdir. Biz qazlaşdırmanın birinci mərhələsini başa vurduq, indi ikinci mərhələnin icrası davam etdirilir. Bu yaxınlarda əlavə vəsait də ayrılacaq və vaxtilə, 1970-80-ci illərdə qazlaşdırılmış bütün məntəqələrə təbii qaz veriləcəkdir. Amma hələ bu da son məqsəd deyildir. Bizim istəyimiz ondan ibarətdir ki, vaxtilə qazlaşdırılmamış məntəqələrin də qaz təminatını təşkil edək. Bu, işin üçüncü mərhələsidir və mən əminəm ki, biz buna da nail olacağıq.

Beləliklə, insanların rahat yaşaması, yeni müasir infrastrukturun yaradılması, səhiyyə, təhsil ocaqlarının tikintisi, yeni zavod və fabriklərin işə düşməsi Naxçıvanın potensialını möhkəmləndirir. Naxçıvanın büdcəsi ildən-ilə, təxminən Azərbaycanın büdcəsinin artım dinamikası ilə bərabər səviyyədə artır. Sosial Müdafiə Fondunun ayrılmaları ilə birlikdə, gələn il Naxçıvanın büdcəsi təxminən 280 milyon manat olacaqdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl Naxçıvanın büdcəsi cəmi 70 milyon manat idi. Yəni bu, əlavə imkanlar yaradır. Gözəl xəstəxanalar, gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir.

Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

Mən sizi əmin edə bilərəm ki, belə gözəl xəstəxanalar inkişaf etmiş ölkələrin böyük şəhərlərində də tikilmir. Belə gözəl məktəblər, hansı ki, biz bu gün Naxçıvanda onun açılışını etdik, heç bir ölkədə tikilmir. Mən bunları bilən adam kimi sizə deyirəm. Naxçıvan Dövlət Universitetinin yeni binası mənim dünyada olduğum, gördüyüm bütün ali məktəblərdən üstündür. Bu, real həqiqətdir. Bir daha onu göstərir ki, bizim siyasətimiz öz nəticələrini verir.

Mən deyəndə ki, hər bir sahədə yüksək səviyyə olmalıdır, biz indi bunu həyatda icra edirik, həyatda bunu görürük və bu, insanların yaxşı yaşamasına xidmət edir. Burada müalicə olunacaq insanlar yaxşı, yüksək tibbi xidmət alacaqlar. Burada süni böyrək cihazları quraşdırılıbdır. Böyrək çatışmazlığından əziyyət çəkən insanlar vaxtilə qanı təmizləmək üçün Naxçıvandan ya İrana, ya Türkiyəyə, yaxud da Bakıya gedirdilər. Naxçıvanda Müalicə-diaqnostika mərkəzinin istifadəyə verilməsindən sonra orada müalicə olunurlar. İndi bu aparatlar, cihazlar burada, Şərurda da quraşdırılıbdır. Şərurda olan xəstələr heç Naxçıvana da getməyəcəklər, burada müalicə alacaqlar. Biz bunu nə üçün edirik? Onun üçün edirik ki, xəstələr yaxşı tibbi xidmət alsınlar. Xəstə adam onsuz da xəstəliyindən əziyyət çəkir, biz ona əlavə əziyyət verməməliyik. Yol xərci, yolda çəkdiyi əziyyət onun xəstəliyini daha da dərinləşdirir, ona mənəvi sarsıntılar gətirir. Xəstə insan gərək qayğı ilə əhatə olunsun. Ona görə biz çalışırıq ki, bütün müasir avadanlıq, texnologiya, binalar yüksək səviyyədə olsun. Ancaq həkimlərdən də çox şey asılıdır. Mən ümid edirəm ki, bizim həkimlərimiz də öz peşəkarlıqlarını artıracaqlar, dünyada gedən yenilikləri də öyrənəcəklər və yaxşı təcrübə toplayıb xəstələrə tibbi xidmət göstərəcəklər.

Mən həkimlərin işini də çox yüksək qiymətləndirirəm. Bu, çox ağır, eyni zamanda, çox xeyirxah peşədir. Biz çalışırıq ki, həkimlərin sosial problemlərinin həlli üçün də əlimizdən gələni edək. Səhiyyə mərkəzlərinə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, gələn il də artırılacaqdır. Bu vəsaitlə yeni xəstəxanalar tikilir və bu vəsaitdən istifadə edib biz gələn il də həkimlərin əmək haqlarını qaldıracağıq. Biz bunu etməklə həkimlərin həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Onların gördüyü işlərə, fədakarlığına öz münasibətimizi bildirməliyik.

Bir sözlə, Azərbaycanda və Naxçıvanda həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli, həm də gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Bu, bizim uğurlarımızın təməl prinsipləridir. Məhz bu möhkəm təməl əsasında biz irəliyə gedirik. Bu möhkəm təməl əsasında Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. Azərbaycan müasir ölkəyə, dünya üçün çox əhəmiyyətli ölkəyə çevrilir.

Biz hamımız müstəqilliyimizin ilk illərini xatırlayırıq və siz də yaxşı xatırlayırsınız ki, Azərbaycan xalqı hansı böyük çətinliklərlə üzləşmişdi. O cümlədən Naxçıvan. O vaxt, 1990-cı illərin əvvəllərində Bakıda rəhbərlikdə olan qüvvələrin antinaxçıvan siyasətini biz yaxşı xatırlayırıq. Onlar nəinki Naxçıvana kömək etmir, hətta Naxçıvanı da işğala məruz qoymağa hazır idilər. Nəyə görə?! Çünki Naxçıvana o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edirdi. Əlbəttə, onun xalq arasında olan nüfuzu, onun biliyi Bakıda oturanları çox narahat edirdi. Ona görə nəinki Naxçıvana kömək etmirdilər, hətta bütün səylərini Naxçıvanı boğmağa yönəltmişdilər. Bir tərəfdən, ermənilər, erməni qəsbkarları Naxçıvana hücum edirdilər. Digər tərəfdən, Azərbaycan rəhbərliyində oturan xainlər, milli satqınlar istəyirdilər ki, Naxçıvanı Azərbaycandan tamamilə ayırsınlar. Amma naxçıvanlılar öz liderləri ətrafında, Heydər Əliyevin ətrafında birləşmişdilər. Naxçıvanlılar ermənilərə tutarlı cavab verdilər, onları yerində oturtdular, öz torpaqlarını müdafiə etdilər. Azərbaycanın ərazi bütövlüyünü Azərbaycanın bu hissəsində müdafiə etdilər və öz lideri ətrafında birləşərək, o vaxt Naxçıvanı faktik olaraq, blokadadan çıxara bildilər. Məhz o illərdə, Heydər Əliyev burada rəhbərlikdə olduğu dövrdə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü tikilmişdi. O vaxt Sədərəkdə böyük mərasim keçirilmişdi. O körpü elə bil ki, Naxçıvan üçün bir nəfəs borusu idi. Ancaq o, birinci mərhələ idi. Yenə də çətinliklər var idi.

Ondan sonrakı illərdə Azərbaycanda Heydər Əliyev siyasəti başlayanda, Heydər Əliyevin rəhbərliyi altında aparılan bütün işlər Azərbaycanı çətin vəziyyətdən çıxardı. Biz nəinki o böhranın acı nəticələrini aradan qaldırdıq, o tənəzzülün qarşısını aldıq, biz həm də dirçəldik, Azərbaycan özünə gəldi və Heydər Əliyevin rəhbərliyi ilə ölkə inkişaf etməyə başladı. 1996-cı ildən başlayaraq, 2004-cü ilə qədər iqtisadiyyat hər il orta hesabla on faiz artırdı. Bu bizə imkan verdi ki, güclənək, maliyyə resurslarımızı işə salaq, Heydər Əliyevin neft strategiyasından əldə olunan vəsaitdən səmərəli istifadə edib, onu Azərbaycan xalqının inkişafına yönəldək.

2004-cü ildən sonra isə iqtisadiyyat daha da yüksək sürətlə inkişaf etməyə başladı: 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ilin doqquz ayında təxminən 30 faiz. Heç bir başqa ölkədə belə göstəricilər yoxdur. Bu, təkcə statistik rəqəmlər deyil, biz bunu hər gün həyatda görürük. Bax, bu gözəl xəstəxanalarda görürük, tikilən məktəblərdə, salınan yollarda, tikilən elektrik stansiyalarında, qaz xətlərində, su kəmərlərində, mədəniyyət ocaqlarında, Azərbaycanın inkişafında görürük.

Mən əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki, Naxçıvanın səması həmişə açıq-aydın olur, - burada heç vaxt nə tüstü, nə buludlar olur, Naxçıvanın səması həmişə çox təbii rəngdə, çox açıq olur, - eləcə də Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Mən bu yolda sizin hamınıza uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO