Şərur rayonunun Axaməd kəndində yeni meyvə bağı salınıb
Şərur, 27 mart, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun Axaməd kəndində 0,5 hektar sahədə 200 ədəd müxtəlif meyvə tingi əkilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu prosesdə kənd bələdiyyəsi, icra nümayəndəliyinin işçiləri, sakinlər fəal iştirak ediblər.
Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bu günədək Şərur rayonunda, ümumilikdə 8,5 hektar sahədə yeni bağ salınıb.