Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Cəlilkəndində kompleks quruculuq işləri aparılıb

Şərur, 15 aprel, AZƏRTAC

Bu gün ölkəmizin sürətli iqtisadi inkişafı, geniş quruculuq işlərinin aparılması və əhalinin sosial problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi "Güclü dövlət, yüksək rifah" strategiyasının bəhrələridir. Güclü iqtisadiyyat və düşünülmüş siyasi xətt isə sosial sahəyə diqqətin artırılmasına imkan verir. Son illər muxtar respublikada da həyata keçirilən iqtisadi islahatların, aparılan quruculuq işlərinin mərkəzində sosial infrastrukturun müasirləşdirilməsi dayanır. Şəhər, rayon və kəndlərdə yeni sosial obyektlər tikilir, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilib. İnsan amilinə xidmət edən bu tədbirlər Şərur rayonunda da uğurla həyata keçirilir.

Aprelin 15-də Şərur rayonunun Cəlilkəndində yeni sosial obyektlər istifadəyə verilib.

Cəlilkənd tam orta məktəbində müasir

tədris şəraiti yaradılıb

Muxtar respublikada təhsil infrastrukturunun yenilənməsi tədbirlərinin tərkib hissəsi olaraq Cəlilkənd tam orta məktəbinin binası da yenidən qurulub, müasir tədris şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında görülən işlərlə tanış olub, tədrisin vəziyyəti ilə maraqlanıb.

Bildirilib ki, məktəb binası ötən ildən başlayaraq müasir tələblərə uyğun yenidən qurulub. 270 yerlik və 3 mərtəbədən ibarət olan binada 4-ü elektron lövhəli olmaqla 15 sinif otağı, 2 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter siniflərində 38 kompüter dəsti quraşdırılıb, laboratoriyalar müasir təcrübə avadanlıqları ilə təchiz edilib. Həmçinin müəllimlər elektron lövhəli siniflərin imkanlarından da yararlanaraq tədrisin səmərəli təşkilinə nail olurlar. Baxış zamanı muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs tədris olunub.

Məktəbin kitabxana fondu da zənginləşdirilib. Burada 7330 kitab vardır.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesini izləyib. Qeyd olunub ki, bu il məktəbə 15 şagird qəbul olunub. Müəllimlər tədris zamanı tələbkarlıq və fərdi yanaşma prinsiplərini əsas götürür, gənc nəslin yüksək bilik əldə etməsinə çalışırlar.

Muxtar respublikada idman dərslərinin, xüsusilə də şahmatın tədrisinə ciddi diqqət yetirilir, məktəblərdə yeni şahmat otaqları, idman zalı və qurğuları istifadəyə verilir. Cəlilkənd tam orta məktəbinin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat otağı, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir.

Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də lazımi şərait yaradılıb, hərbi kabinə çağırışaqədərki hərbi hazırlıq dərslərinə uyğun məlumat stendləri ilə təchiz edilib.

Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil hər bir insana lazımdır", - fikrini xatırladaraq deyib: Bu gün ümumtəhsil məktəblərinin müasir tələblərə uyğun qurulması da bu məqsədə xidmət edir. Cəlilkənd tam orta məktəbinin qədim tarixi vardır. Bu il məktəbin 130 ili tamam olur. Fəaliyyəti dövründə məktəb ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr vermişdir. Cəlil Məmmədquluzadə kimi böyük bir mütəfəkkir vaxtilə bu məktəbdə dərs demiş, ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını müəllim və şagirdlərin iştirakı ilə burada tamaşaya qoymuş, böyük maarifçilik işi aparmışdır. Ona görə də mütəfəkkirin adını daşıyan məktəb bu gün öz fəaliyyətini daha da gücləndirməli, nailiyyətlər artırılmalı, məktəbin yetirmələri gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Müəllim Bəyim Məmmədova deyib ki, məktəbin zəngin təhsil ənənələri pedaqoji kollektivin üzərinə mühüm vəzifələr qoyur. Təhsil ocağı ötən 20 ildə əsl inkişaf yolu keçib. Bu gün məktəbdə yaradılan şərait həm də vaxtilə burada çalışan böyük ədiblərimizin, müxtəlif illərdə məktəbin məzunu olmuş ziyalıların arzularının reallığa çevrilməsidir. Hər bir müəllim çalışacaqdır ki, göstərilən qayğıya öz əməli işi ilə cavab versin, xalqımız, dövlətimiz üçün savadlı, bilikli gənclər yetişdirsinlər.

Məktəb binasının həyətində də geniş abadlıq işləri görülüb.

Kənd mədəniyyət evinin binası

müasir tələblər səviyyəsində qurulub

Mədəniyyət müəssisələri əhatə etdikləri yaşayış məntəqələrinin ictimai və mədəni həyatının inkişafına mühüm töhfə verir. Bu səbəbdən də muxtar respublikada insanların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tədbirlər sırasında mədəniyyət ocaqlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Aprelin 15-də Cəlilkənd Mədəniyyət evi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qasımov çıxış edərək deyib ki, bu gün Cəlilkənd əhalisi sevinc içindədir. Aparılan quruculuq işləri kəndə yeni görkəm bəxş edib. İnsanların rahat yaşayışı təmin olunub. Kənd yeni inkişaf mərhələsinə qədəm qoyub. Mənzillər daimi elektrik və qazla təmin olunub, telefonlaşdırılıb. Bu gün istifadəyə verilən sosial obyektlər də əhalinin problemlərinin vaxtında həllinə, onlara göstərilən xidmətlərin səviyyəsini yüksəltməyə imkan verəcəkdir. Cəlilkənddə əhalinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olur. 2015-ci ilin ölkəmizdə və muxtar respublikada "Kənd təsərrüfatı ili" elan olunması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Onlar daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün əzmlə çalışırlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını kənddə həyata keçirilən quruculuq işləri münasibətilə təbrik edərək deyib: Cəlilkənd Şərur rayonunun ən qədim yaşayış məntəqələrindən biridir. Muxtar respublikada təhsilin inkişafında bu kəndin xüsusi rolu vardır. 1885-ci ildə kənddə ilk dünyəvi məktəb açılmış, bundan 2 il sonra - 1887-ci ildə görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadə məktəbdə dərs deməyə başlamış, insanların savadlanması yolunda çalışmışdır. Cəlil Məmmədquluzadə o illərdə yalnız bu kənddə deyil, bütövlükdə Naxçıvanda təhsilin inkişafında böyük xidmətlər göstərmişdir. Bütün bunlar nəzərə alınaraq 1957-ci ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Kənd isə 1967-ci ildən Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilkənd adlandırılmışdır.

Ali Məclisin Sədri deyib: Aparılan yenidənqurma işləri Cəlilkəndi müasir Azərbaycan kəndinə çevirmişdir. Həyata keçirilən tədbirlər Cəlilkənddə insanların rahat yaşamasına, dövlət strukturlarının müasir binalarda fəaliyyət göstərməsinə imkan verəcək, yaradılan xidmət sahələri əhalinin rahatlığını təmin edəcəkdir. Bu gün kəndin elektrik, qaz, içməli və suvarma su təminatı məsələləri öz həllini tapmışdır. Həmçinin Cəlilkənddə fiber optik xətt çəkilmiş, yeni ATS qurulmuş və kənd sürətli internetlə təmin olunmuşdur. Yaradılan şərait kənddə dövlət strukturlarının səmərəli fəaliyyətinə, o cümlədən də sakinlərin müraciətlərinin vaxtında həll olunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün Cəlilkənddə qurulanlar, yaradılanlar, ilk növbədə əhalinin rahatlığına xidmət edir. Aparılan quruculuq işlərindən sonra kənddə yeni iş yerləri açılmışdır. Bu işlər kənddə məşğulluğun təmin olunmasına, insanların rifahının yüksəlməsinə, məskunlaşmanın artmasına səbəb olmuşdur. Ona görə də dövlət strukturları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməli, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməli, kəndin abadlaşması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə sakinlər də yaxından iştirak etməli, istifadəyə verilən müasir sosial obyektlər qorunmalı, kəndin gələcək inkişafı təmin edilməlidir.

Ali Məclisin Sədri Cəlilkəndin dövlətçilik mövqeyi ilə seçilən kənd olduğunu qeyd edib, kəndin bundan sonra da Cəlil Məmmədquluzadənin adına layiq bir yaşayış məntəqəsi olacağına əminliyini bildirib, sakinlərə gələcək işlərində uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsilib, mədəniyyət evinə baxış olub.

Məlumat verilib ki, binada 100 yerlik tədbir zalı, kitabxana və iş otaqları yerləşir. Müasir inventarlarla təchiz olunmuş zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Mədəniyyət evindəki kitabxananın fondunda 10 mindən artıq ədəbiyyat vardır. Binada bərbərxana, qadın gözəllik salonu və dərzi sexi də fəaliyyət göstərir. Bu xidmət sahələrində 5 nəfər işlə təmin olunub.

Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Kənd ağsaqqalı Mahmud Musayev sakinlər adından minnətdarlıq edərək deyib: Dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin yolunu davam etdirməklə ölkəmizi əsl inkişafa qovuşdurub. Ölkəmizdə sabitlik və tərəqqi vardır. İnsanlar rahat yaşayır. Bu gün hansı sahəyə baxsan, yeniliyin, müasirliyin şahidi olursan. Muxtar respublikanın bütün bölgələrində quruculuq tədbirləri həyata keçirilir. Sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın, təhsil və səhiyyənin inkişafı istiqamətində həyata keçirilən islahatlar yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Bu inkişafa Ümummilli Liderin yoluna sədaqət nəticəsində nail olunub. Cəlilkəndin kompleks abadlaşması bunu bir daha təsdiq edir. Kənddə şəhər rahatlığı yaradılıb. Sakinlər təsərrüfatla məşğul olur, torpaqlar əkilir, heyvandarlıq inkişaf etdirilir. Bol məhsul istehsalı isə yüksək rifah deməkdir. Çalışırıq ki, dövlətin yaratdığı şəraitə, insan amilinə verilən bu cür yüksək qiymətə əməli işimizlə cavab verək. Kənd əhalisi ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında bundan sonra da yaxından iştirak edəcəkdir.

Ali Məclisin Sədri deyib ki, kənddə qurulanlar Azərbaycan dövlətinin iqtisadi gücünün, insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Bu gün muxtar respublikanın kəndləri abadlaşır, kompleks tikinti quruculuq işləri aparılır, insanların yaşayışı üçün rahat şərait yaradılır. Bu işlər o ölkədə həyata keçirilir ki, orada iqtisadi inkişaf, sabitlik və insanlara dövlət qayğısı vardır. Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdəki mövcud sabitlik bu işlərin həyata keçirilməsinə imkan verir. Cəlilkənddə geniş quruculuq işləri aparılmış, məktəb binası müasir tədrisin tələbləri səviyyəsində qurulmuş, kənddəki Buzxana abidəsi bərpa olunmuş, insanların sağlamlığı üçün ambulatoriya binası tikilmiş, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi yenidən qurulmuşdur. Bunların hamısı bütövlükdə kəndin inkişafına xidmət edir. Yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul yetişdirilməli, sakinlər muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.

Cəlilkənddə yeni Xidmət mərkəzi tikilib

Həmin gün Cəlilkənddə yeni Xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada ət satışı yeri, ərzaq, təsərrüfat və sənaye malları satışı üzrə 3 mağaza vardır. Mağazalarda istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına üstünlük verilir.

Bu sosial obyekt istifadəyə verildikdən sonra 4 nəfər işlə təmin olunub.

Kənddə müasir səhiyyə ocağı fəaliyyət göstərəcək

Cəlilkənddə yeni həkim ambulatoriyası da inşa edilib, nümunəvi səhiyyə xidməti təşkil olunub.

Aprelin 15-də həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, həkim ambulatoriyasında yaradılan şərait və kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriya binası 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, aptek, palata, doğuş, peyvənd, mama, manipulyasiya, müayinə, qeydiyyat və tibb bacısı otaqları vardır. Ambulatoriyada quraşdırılan müasir tibbi avadanlıqları xəstəliklərin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.

Hazırda bu səhiyyə ocağında 9 nəfər çalışır. Kollektiv sakinlərin sağlamlıqlarının qorunması qayğısına qalır, hamilə qadınlar və uşaqlar vaxtaşırı müayinədən keçirilir, profilaktik tədbirlər gücləndirilir.

Baxış zamanı əhali arasında səhiyyə maarifi işinin aparılmasının, xüsusilə uşaq və hamilə qadınların sağlamlığının diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb.

Cəlilkənddəki 19-cu əsrə aid Buzxana abidəsi

yenidən qurulub

Naxçıvan müxtəlif tarixi dövrlərin yadigarı olan çoxsaylı abidələrlə zəngindir. Xalqımızın zəngin mədəni irsini, özünəməxsus adət-ənənələrini, tarixi keçmişini özündə yaşadan bu аbidələr sırasında buzxanalar xüsusi yer tutur. Muxtar respublika ərazisində vaxtilə buzxanalardan geniş istifadə olunub. İnsanların qədim məişət mədəniyyətinin izlərini özündə yaşadan bu abidələrin yenidən qurulması, gələcək nəsillər üçün qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır.

Aprelin 15-də Cəlilkənd Buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dəyərləndirilən Cəlilkənd buzxanası 19-cu əsrin tikilisidir. Abidə dördkünc formasındadır və divarlar yuxarıda tağabənzər formada tamamlanır. Buzxananın daxilində isə divarlar boyunca dördkünc formalı səkilər tikilib. Tikinti zamanı nəfis şəkildə yonulmuş qaya parçalarından istifadə olunması abidəyə xüsusi görkəm bəxş etməklə yanaşı, həm də xalqımızın qədim memarlıq ənənələrindən xəbər verir.

Muxtar respublika ərazisindəki digər buzxanalar kimi bu abidə də kəndə gələn qonaqların böyük marağına səbəb olur. Yenidənqurmadan sonra buzxanada Naxçıvan, eləcə də Şərur mətbəxinə xas olan milli yeməklər hazırlanaraq təqdim olunacaqdır. Bu da eyni vaxtda həm tarixi keçmişimizin, həm də milli mətbəximizin zəngin nümunələrinin təbliğinə və yaşadılmasına xidmət edəcəkdir.

Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi

istifadəyə verilib

Aprelin 15-də Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi 1987-ci ildə Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılıb, 2013-cü ildən isə müstəqil muzey kimi fəaliyyət göstərib. Muzey giriş hissədən, ekspozisiya zalı, fond və 2 iş otağından ibarətdir. Muzeyin fondunda 439 eksponat vardır. Onlardan 274-ü ekspozisiyada nümayış etdirilir. Eksponatlar əsasən ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.

Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi üçün yeni binanın inşa edilməsi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə də dəyərli töhfədir. Çünki görkəmli mütəfəkkir Azərbaycan milli mətbuatının inkişafında da mühüm xidmətlər göstərib. Onun xalqın savadlanması, elmli, bilikli cəmiyyətin formalaşdırılması yolunda qələmə aldığı məqalə və felyetonları həm öz dövründə, həm də bu gün Azərbaycan milli mətbuatının şah əsərləridir.

Muzey binasının özünəməxsus quruluşu və xüsusi zövqlə işlənmiş fasadı kəndə xüsusi görkəm bəxş edir.

Ali Məclisin Sədri muzeylə ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulması və görkəmli mütəfəkkirin irsinin gənc nəslə öyrədilməsi barədə tapşırıqlar verib.

*  *  *

Cəlilkənddə 4200 metr yola asfalt örtük salınıb. Yol boyu 475 metr uzunluğunda beton kanal çəkilib, 11 su keçidi qoyulub. Kəndin rabitə sistemi də yenidən qurulub, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 384 yerlik yeni ATS quraşdırılıb. Elektrik və qaz təchizatı sistemləri də təkmilləşdirilib, 2 min metr elektrik və 210 metr qaz xətti çəkilib.

Şərur şəhərində yeni aviakassa binasının

açılışı olub

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti ilbəil genişləndirilir, xidmətin nümunəvi təşkili təmin edilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Aprelin 15-də Şərur şəhər Aviakassası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada hava nəqliyyatı infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, xidmət strukturlarının fəaliyyəti genişləndirilir. Şərur şəhərində yeni aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir. Aviakassada yaradılan şərait sakinlərin rahatlığını təmin edəcəkdir. Burada ən yeni texnoloji avadanlıqlar quraşdırılıb, qabaqcıl idarəetmə sistemi yaradılıb. Mənşur Gülməmmədli yaradılan şəraitə görə muxtar respublika aviasiyaçıları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aviakassa binasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək deyib: Ölkəmizdə hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Müasir aerovağzalların qurulması, yeni uçuş zolaqlarının tikilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması, yeni təyyarələrin alınması hava nəqliyyatı sistemində mühüm nailiyyətlərin qazanılmasına və Azərbaycanın beynəlxalq hava nəqliyyatı sistemində layiqli yer tutmasına səbəb olmuşdur.

Ali Məclisin Sədri deyib: Hava nəqliyyatı sisteminin inkişafı əhaliyə göstərilən xidmətin səviyyəsi ilə ölçülür. Əhaliyə göstərilən xidmət isə bilet satışından başlayaraq sərnişinlərin hava nəqliyyatından istifadəsinə qədər olan prosesləri əhatə edir. İstər sərnişinlər bilet alarkən, istərsə də aerovağzallarda qarşılanıb yola salınarkən onlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır. Bu da hava nəqliyyatı sisteminin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan və Ordubad şəhərlərində müasir aviakassalar fəaliyyət göstərir. Bu gün isə Şərur şəhərində yeni aviakassa binası istifadəyə verilir. Bu da Şərur və Sədərək rayonlarının əhalisinə, eləcə də Kəngərli rayonunun yaxın kəndlərinin sakinlərinə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir. Ümumiyyətlə, bu cür xidmət sahələrinin yaradılması həm yeni iş yerlərinin açılmasına, həm də insanların vaxt itkisinə yol vermədən öz işləri ilə məşğul olmalarına və büdcələrinə qənaət etmələrinə imkan verir.

Ali Məclisin Sədri blokada şəraitində yaşayan muxtar respublikada bundan sonra da hava nəqliyyatı sisteminin inkişafı sahəsində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirib, aviakassa binasının fəaliyyətə başlamasında əməyi olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə gözləmə zalı, 5 aviabilet satışı kassası, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü vardır. İkinci mərtəbədə isə 4 xidmət otağı və mətbəx yerləşir. Aviakassada 3 kompüter dəsti quraşdırılıb. Həmçinin binaya fiber-optik kabel xətti çəkilib və Naxçıvan Beynəlxalq Hava Limanının mərkəzi sisteminə birləşdirilib, gözləmə zalında elektron növbə sistemi yaradılıb. Bu da bilet satışının vahid mərkəzdən idarə olunmasına və əməliyyatların operativ şəkildə yerinə yetirilməsinə imkan verəcəkdir.

Binada təhlükəsizlik, fərdi istilik, mərkəzi soyutma və yanğından mühafizə sistemləri yaradılıb, nəzarət-müşahidə kameraları quraşdırılıb. Aviakassada 8 nəfər işlə təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq