Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər
Bakı, 13 iyul, AZƏRTAC
İspaniyalı futbolçu Serxio Ramos karyerasını “Flamenqo”da davam etdirə bilər. Braziliya klubu artıq futbolçu ilə əlaqə saxlayıb və ona rəsmi təklif göndərməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, azad agent statusuna malik 37 yaşlı futbolçu son iki mövsümü Fransanın PSJ komandasında keçirib. Əlli səkkiz oyunda altı qol vuran və bir məhsuldar ötürmə edən müdafiəçi iki dəfə Fransa kubokuna, bir dəfə isə Superkubokuna sahib olub.
“Sevilya”nın yetirməsi olan Ramos 2005-2021-ci illərdə “Real Madrid”də çıxış edib. “Kral klubu”nun heyətində beş dəfə La Liqada, dörd dəfə isə Çempionlar Liqasında titul qazanıb.
Serxio Ramos İspaniya millisinin heyətində dünya və iki dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]