SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCANLA NEFT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə səfir iki ölkənin neft sahəsində əməkdaşlığına toxunaraq bu istiqamətdə əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulamışdır. Səfir bu il fevralın 14-15-də keçirilmiş Azərbaycan və Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının ikinci iclasında imzalanmış protokolun 7-ci bəndinə istinadən neft sahəsində əlaqələndirmə və əməkdaşlıq üzrə müştərək ekspertlər qrupunun yaradılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Nazir Əli Al-Nayimi ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafında maraqlı olduğunu bildirmiş və 2003-cü il iyunun 3-6-da Bakıda keçirilmiş “Xəzər: neft, qaz, neftayırma və neft kimyası-2003” 10-cu Beynəlxalq sərgi- konfransında iştirak etdiyini vurğulayaraq, o zaman Azərbaycan rəhbərliyi ilə, o cümlədən Prezident İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlatmışdır. Bu görüşlərin faydalı olduğunu vurğulayan nazir demişdir ki, Səudiyyə Ərəbistanı Azərbaycanla neft sahəsində əməkdaşlıq etməyə böyük əhəmiyyət verir.
Görüşdə neft sahəsində tərfləri maraqlandıran digər məsələlər də geniş müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]