Səudiyyə Ərəbistanı səmasında iki ballistik raket zərərsizləşdirilib
Qahirə, 29 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin cənubunda yerləşən Cəzan şəhərinin üzərində paytaxt Ər-Riyada istiqamətlənən iki ballistik raketi vurub.
AZƏRTAC xəbər verir ki, bunu Yəməndə husi qiyamçılarına qarşı qanuni hökumətə yardım edən koalisiya qüvvələrinin mətbuat katibi, polkovnik Turki Əl-Maliki bildirib.
Əl-Maliki bildirib ki, husi silahlı dəstələri tərəfindən Yəmənin Səna və Səda şəhərlərindən buraxılan ballistik raketlərin hədəfi Krallığın ərazisindəki mülki obyektlər olub.
Ər-Riyaddakı mülki müdafiə qərargahından bildiriblər ki, vurulan və havada partlayan raketlərin parçalarının yerə düşməsi nəticəsində iki mülki şəxs yaralanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]