Səudiyyə Ərəbistanında Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad olunacaqdır
Bakı, 14 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən bu ölkədə faciə qurbanlarının xatirəsini anma mərasimi keçiriləcəkdir.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmçinin, faciənin ildönümü ərəfəsində Ər-Riyad şəhərinin aparıcı konfrans zallarının birində faciəni əks etdirən kitab və materiallardan ibarət guşənin yaradılması, Xocalı soyqırımı və erməni terroru haqqında digər materialların və kinofilmlərin nümayiş etdirilməsi, müvafiq çıxışların və diskussiyaların təşkili nəzərdə tutulmuşdur. Eyni zamanda, keçiriləcək tədbirlər çərçivəsində “Xocalı uşaqların gözü ilə” başlığı altında rəsm sərgisinin təşkili planlaşdırılmışdır.
Bundan əlavə, səfirlik tərəfindən Xocalı soyqırımı ilə əlaqədar İslam Konfransı Təşkilatının Baş Katibliyi vasitəsilə təşkilatın üzv dövlətlərinə, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinə, o cümlədən xarici dövlətlərin və beynəlxalq təşkilatların Ər-Riyad şəhərində yerləşən nümayəndəliklərinə müvafiq məlumatlar verilmişdir.
Xocalı soyqırımının ildönümünə həsr olunacaq tədbirlərdə dövlət strukturlarının və ictimai qurumların, KİV nümayəndələrinin, Səudiyyə Ərəbistanında yaşayan Azərbaycan və digər türkdilli dövlətlərin icmalarının iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]