Sevil Aslan: Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi bizi daha da ruhlandırdı
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı dərin məzmunlu nitqi bizi daha da ruhlandırdı. Biz bundan sonra daha sıx birləşəcəyik və doğma Vətənimiz Azərbaycana tez-tez gələcəyik.
Bu sözləri iyulun 5-də Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı, ABŞ-da fəaliyyət göstərən Braunsvil-Azərbaycan Cəmiyyətinin sədri Sevil Aslan AZƏRTAC-a müsahibəsində söyləmişdir.
S. Aslan bildirmişdir ki, 2004-cü ildə yaradılmış Cəmiyyətin üzvləri Azərbaycanın uğurlarını müntəzəm izləyir və təbliğ edirlər. Qonaq Bakıda gedən quruculuq işlərinin və xarici ölkələrin Azərbaycana marağının artmasının rəhbərlik etdiyi Cəmiyyətdə böyük fərəhlə qarşılandığını demişdir.
ABŞ-da yaşayan həmvətənimiz paytaxtımızın dünyanın gözəl şəhərlərindən birinə çevrildiyini, Azərbaycanın günbəgün artan nüfuzunun, ölkəmizdə baş verən müsbət dəyişikliklərin onların fəaliyyətinə də müsbət təsir etdiyini söyləmişdir.
S. Aslan ikinci dəfədir ki, belə möhtəşəm qurultaya qatılmasından qürur duyduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]