“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub
Bakı, 21 iyun, AZƏRTAC
SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.
“AzIntelecom”dan AZƏRTAC-a bildirilib ki, inteqrasiya nəticəsində vətəndaşlar üçün bir çox səhiyyə xidmətlərinə onlayn əlçatanlıq təmin edilib. Artıq vətəndaşlar adıçəkilən portala və ya mobil tətbiqə “SİMA İmza” ilə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, reseptlər, epikrizlər, peyvəndlər, analizlər, müayinə nəticələrinin alınması və digər xidmətləri onlayn şəkildə əldə edə bilərlər.
Bundan başqa, donor olmaq üçün məsafədən müraciətlərin göndərilməsi də “SİMA İmza” vasitəsilə mümkün olub. Müraciəti Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi saytında (odtkm.gov.az) formalaşdırmaq mümkündür.
Diqqətə çatdıraq ki, vətəndaşlar qeyd edilən elektron xidmətləri əldə etmək üçün əvvəlcə “SİMA İmza” ilə “digital.login” sisteminə daxil olmalıdır.
“SİMA İmza” haqqında
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4,2 milyonu ötüb. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” tətbiqində qeydiyyat vətəndaşlar üçün ödənişsizdir. Ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]