ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ TƏŞKİLATININ BAŞ KATİBİ CƏNAB YAAP DE HOOP SXEFFERƏ
Azərbaycan Respublikası NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısı olaraq, təşkilatın strateji xəttini tam dəstəkləyir və bu işə töhfəmizi verməyə çalışırıq.
Sizi əmin edirəm ki, Azərbaycan NATO-nun bəyan etdiyi prinsiplərə daim sadiq qalacaq və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlindən gələni edəcəkdir.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2004-cü il