Şimali Koreya ABŞ-ı hava məkanını pozduğuna görə hədələyib
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreyanın hava məkanını yenidən pozarsa, Vaşinqton Pxenyanın cavab tədbirləri ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın bacısı Kim Yo-conq bildirib.
“Təkrar hava məkanımız pozularsa, bu, ABŞ qoşunları üçün çox təhlükəli bir uçuş olar”, - deyə o, Şimali Koreya ordusunun cavab tədbirləri barədə xəbərdarlıq edib.
Kim Yo-conqun verdiyi açıqlamaya görə, iyulun 10-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi səhər saat 5:15-dən 13:10-dək ölkənin hava məkanını 8 dəfə pozub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]