Şimali Makedoniya ABŞ-dan idxal olunan məhsullara rüsumları sıfıra endirəcək
Skopye, 9 aprel, AZƏRTAC
Şimali Makedoniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni tariflər fonunda Birləşmiş Ştatlardan idxal olunan məhsullara gömrük rüsumlarını tamamilə ləğv edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniyanın maliyyə naziri Qordana Dimitriyevska-Koçoşka deyib.
Nazir bildirib ki, ABŞ ilə ticarət dövriyyəsi Şimali Makedoniyanın ümumi xarici ticarətinin 1 faizindən azını təşkil edir. Ötən il ABŞ-a bütün ixracın dəyəri 100 milyon avrodan bir qədər çox olub. ABŞ-ın yeni administrasiyasının qərarı ilə Şimali Makedoniyadan bu ölkəyə ixrac olunan məhsullara 33 faizlik rüsum tətbiq ediləcək.
“Biz gömrük tarifləri haqqında qanuna düzəlişlər hazırlayırıq. Şimali Makedoniya ABŞ-dan idxal tariflərini azaltmağı planlaşdırır. Hətta rüsumları büdcəyə ciddi təsir etmədən sıfıra endirə bilərik. Bu, ABŞ-a göndərə biləcəyimiz siqnaldır”, - deyə nazir əlavə edib.
Qordana Dimitriyevska-Koçoşka problemin danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]