Şimali Makedoniyalı nümayəndə: QDİƏT PA-nın bir parçası olmaq ölkəmiz üçün böyük şərəfdir
Bakı, 18 iyun, AZƏRTAC
Şimali Makedoniya iki il əvvəl Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına qoşulub. Bu Assambleyanın bir parçası olmaq ölkəmiz üçün böyük şərəfdir. Biz bu platformanı yalnız iqtisadi və siyasi əməkdaşlıq üçün deyil, eyni zamanda, xalqlar arasında qarşılıqlı hörmət və anlaşma üçün də önəmli imkan kimi görürük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şimali Makedoniya nümayəndə heyətinin rəhbəri Blagika Lasovska jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Şimali Makedoniyanın qədim ölkələrlə, xüsusilə Azərbaycanla əməkdaşlıq əlaqələri var.
“Əminəm ki, bu tədbir çərçivəsində aparılan müzakirələr, əldə olunan qərarlar bizim iqtisadi və siyasi münasibətlərimizi daha da gücləndirəcək, QDİƏT məkanında sabitliyə və rifaha töhfə verəcək”, - deyə o əlavə edib.
Qısa müddət olsa da, paytaxtımızda gördüklərini bəyəndiyini bildirən Blagika Lasovska bildirib ki, Bakı həm müasirliyi, həm də tarixi zənginliyi ilə heyranedicidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]