SİNQAPURDA SAQQIZ YALNIZ XƏSTƏLƏRƏ VƏ SİQARETÇƏKƏNLƏRƏ SATILACAQDIR
Məşhur “Orbit” saqqızından əlavə, satışa siqaretçəkənlər üçün Pfizer əczaçılıq şirkətinin istehsal etdiyi Nikorette saqqızı da buraxılacaqdır. Ancaq əlində həkim resepti olmayanlar saqqız ala bilməyəcəklər.
Sinqapurda Nikorette saqqızı qadağa qoyulana qədər də satılırdı. Saqqız istehsalçılarının bildirdiyinə görə, o, yalnız tərkibində siqaretçəkənə zəruri olan miqdarda nikotinin olması ilə deyil, həm də ağızda şişdiyi üçün siqaret aludəsinin fikrini yayındıra bilməsi ilə digər saqqızlardan fərqlənir.