“ŞİRVANNƏŞR” BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Beynəlxalq Mükafatlar Təşkilatı hazırlıq komitəsinin prezidenti Arsenio Pardo Rodrigesin imzası ilə gələn məktubda bildirilir ki, yenilikçilik ruhuna, keyfiyyətli çap məhsuluna və göstərdiyi yuksək xidmətə görə “Şirvannəşr” nəşriyyatı “Yüksək texnologiyaya və keyfiyyətə görə” XXV Beynəlxalq mükafata - Qızıl prizə layiq görülmüşdür.
Xatırladaq ki, “Şirvannəşr” ölkəmizdə belə yüksək beynəlxalq mükafatı alan ilk nəşriyyatdır. Mükafatın təqdim edilməsi üçün nəşriyyatın direktoru, yazıçı Qəşəm İsazadə İspaniyaya dəvət olunmuşdur.
Mükafat martın 8-də Madriddə komitənin 25 illik yubiley mərasimində 30 ölkədən 150-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək yığıncaqda təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]