Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi şərhçi: Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər iradəsi var

Siyasi şərhçi: Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər iradəsi var

Bakı, 6 mart, AZƏRTAC

İran Silahlı Qüvvələrinin Naxçıvanda mülki obyektlərə dron zərbələri endirməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq və hiddət doğurub. Baş vermiş hadisədən dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi dövlətin məsələyə son dərəcə ciddi yanaşdığını göstərir. İclasda dövlətimizin başçısı hadisəni sərt şəkildə qınayaraq bunu terror hücumu kimi qiymətləndirib, İran tərəfinin üzr istəməsini, izahat verməsini və hücumu törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. Baş verən insident beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına səbəb ola bilər. İran tərəfinin mülki infrastruktura, o cümlədən məktəb binasına zərbə endirməsi birmənalı şəkildə terror aktıdır. Mənəvi baxımdan isə bu hadisə Azərbaycana qarşı nankorluq, riyakarlıq və xəyanət kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.

O qeyd edib ki, İranın müxtəlif rəsmi strukturları hadisə ilə bağlı təkzib bəyanatları versələr və araşdırmaların başlandığını bildirsələr də, Azərbaycan-İran münasibətlərinin uzun illər ərzində formalaşmış təcrübəsi və iki ölkə arasında baş vermiş hadisələrin tarixi göstərir ki, belə insidentlər təsadüfi xarakter daşımır. Ötən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilirdi. İranın dövlət strukturlarının nəzarətində olan media resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirməyə yönəlmiş təbliğat həyata keçirilirdi. Bu proseslərin həm daxili, həm də beynəlxalq ictimai rəyi müəyyən istiqamətə yönəltmək və gələcək addımlar üçün zəmin yaratmaq məqsədi daşıdığı ehtimal edilir.

Ə.Abbasbəylinin sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin sağlam və səmimi təməllər üzərində qurulmasına mane olan bir sıra amillər uzun illərdir dilə gətirilir. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran, bunu Cənub Azərbaycanda zülm və istibdad içində yaşayan soydaşlarımız üçün bir qürur mənbəyi, arxa-dayaq, xilas və ümid yeri hesab edərək, qısqanclıqla, hətta xofla qarşılamış, zaman-zaman bu və digər vasitələrlə, o cümlədən Azərbaycan daxilində “din və təriqət” pərdəsi altında təxribatçı qruplar yaratmaqla, torpaqlarımızı işğal etmiş, minlərlə insanlarımızı, o cümlədən dinc sakinləri, qadın və uşaqları qətlə yetirmiş, şəhər və kəndlərimizi xaraba qoyan, tarix və mədəniyyət abidələrini, xüsusilə də məscidlərimizi yerlə-yeksan edən, xain, şərəfsiz yağı düşmənə daim dəstək olub, onu ərzaq, yanacaq və silah-sursatla təmin etməklə dövlətimizi zəiflətməyə yönəlik fəaliyyətlər sərgiləyib.

“İranın şovinist dairələrinin Azərbaycan dövlətinə və xalqına qarşı gizli qısqanclıq və düşmənçilik münasibəti uzun illər müxtəlif şüar və ideoloji pərdələr arxasında gizlədilib. “İslam təəssübkeşliyi”, “şiə qardaşlığı” kimi şüarların arxasında, əslində, geosiyasi maraqlar və regiondakı təsir uğrunda mübarizə dayanıb.

Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə torpaqların işğaldan azad edilməsi, regionda artan nüfuz, türk dövlətləri arasında güclənən əməkdaşlıq və Turan ideyasının aktuallaşması İranın müəyyən dairələrində ciddi narahatlıq yaradıb. Bu baxımdan iki ölkə arasında münasibətlərin gərginləşməsini istəyən qüvvələrin mövcudluğu ehtimalı da istisna edilmir. Belə qüvvələr Azərbaycanın tərəfdaşlarını zəiflətmək, onu regional müstəvidə təkləmək və daha sonra ölkəyə qarşı daha sərt addımlar atmaq kimi məqsədlər güdə bilərlər. Bu qüvvələrin fəaliyyətinin arxasında nə dini ideologiya, nə də başqa ideoloji məqsədlər dayanır, əsas məqsəd geosiyasi üstünlük əldə etməkdir”, - deyə siyasi şərhçi bildirib.

Azərbaycan öz prinsiplərinə hər zaman sadiq qalıb

O deyib ki, Azərbaycanın İranla münasibətlərdə daim səmimi və xoşməramlı mövqe nümayiş etdirməsinə baxmayaraq, qarşı tərəfin təxribatları davam edib. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq və bu prinsipə hər zaman sadiq qalınıb. Prezident İlham Əliyevin son hadisələrdən sonra İranda baş verən hadisələrlə bağlı İran səfirliyinə gedərək başsağlığı verməsi, həmçinin Azərbaycanın Livanda qalmış İran səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək göstərməsi də Azərbaycanın humanist və xoşməramlı siyasətinin göstəricisidir. Belə addımlar yalnız yüksək mənəvi dəyərlərə malik dövlətlərin davranışına xasdır. İran dövlətinin tarixinin yalnız fars dövlətçiliyi ilə əlaqələndirilməsi də tarixi baxımdan doğru deyil. İran tarixində türk dövlətlərinin və türk mənşəli hakim sülalələrin mühüm rolu olub. Səfəvilər dövləti, Nadir şah Əfşarın qurduğu Əfşar imperiyası və Qacarlar dövləti bu ərazilərdə uzun müddət mövcud olmuş türk dövlətləri kimi tarixdə yer alıb. Yalnız 1925-ci ildə Rza xan Pəhləvinin həyata keçirdiyi dövlət çevrilişindən sonra Qacar hakimiyyətinə son qoyulub və bununla da regionda uzun müddət davam edən türk monarxiyası sona çatıb. Sonrakı dövrdə Pəhləvi rejimi sekulyar və milliyyətçi ideologiyaya əsaslanan bir idarəetmə sistemi qurub. 1979-cu ildə baş verən inqilab nəticəsində isə Pəhləvi rejimi devrilib və Ruhullah Xomeyninin rəhbərliyi ilə İran İslam Respublikası yaradılıb.

Siyasi şərhçi vurğulayıb ki, bu tarixi faktlar İran dövlətinin yalnız bir millətə deyil, müxtəlif xalqlara və mədəniyyətlərə aid olduğunu göstərir və bu reallıq hər iki tərəfdən qəbul edilməlidir. Özünü islam dəyərlərinin müdafiəçisi kimi təqdim edən İranın bir çox müsəlman ölkələri ilə münasibətlərində gərginlik yaşanması da diqqətçəkən məqamlardandır.

“Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır və xüsusilə milyonlarla soydaşımızın yaşadığı bir ölkədə insan tələfatının baş verməsini arzulamır. Azərbaycan hər zaman mənəvi dəyərləri üstün tutub, qonşu ölkələrə qarşı heç vaxt riyakar siyasət yürütməyib və çətin anlarda onlara dəstək göstərib. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmayacaq və bu prinsipə bundan sonra da sadiq qalacaq. Azərbaycanı təhdid edənlər və onu regional qarşıdurmalara cəlb etməyə çalışan qüvvələr bilməlidirlər ki, ölkənin öz ərazi bütövlüyünü qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücü və iradəsi var. Bu məsələyə dair Prezident İlham Əliyev də qəti mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan istənilən təhlükəyə qarşı öz gücünü göstərməyə hazırdır”, - deyə Ə.Abbasbəyli vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub