Slovakiyada növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib
Bakı, 23 yanvar, AZƏRTAC
Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri vəzifəsini icra edən Eduard Heqer məlumat yayıb.
Slovakiya Milli Şurasında çoxluğa sahib olan liberal partiyaların liderləri seçkilərin vaxtı ilə bağlı razılığa gəliblər. Əvvəllər onlar ölkənin hökumət koalisiyasını təşkil edirdilər, lakin bir neçə ay əvvəl əhəmiyyətli fikir ayrılığına görə əməkdaşlığı dayandırıblar.
Nəticədə, ötən il dekabrın 15-də parlament Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi qəbul edib.
Liberal partiyaların liderləri növbədənkənar parlament seçkilərinin keçirilməsini təmin etmək üçün milli qanunvericiliyə lazımi dəyişikliklərin edilməsi barədə də razılığa gəliblər. Dəyişikliklər Milli Şuranın hazırkı tərkibinin vaxtından əvvəl buraxılmasına aid olacaq.
Qeyd edək ki, Slovakiyada növbəti parlament seçkiləri 2024-cü ilin fevralında keçirilməli idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]
SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib
- 14.10.2026 [13:51]
Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək
- 14.10.2026 [13:25]